ATGA ÜZV QƏBULUNA START VERDİ

“Turizm sənayesinin təşkilatlanmasına dəstək əsas fəaliyyət istiqamətlərimizdən biridir”Bunu Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə iş sektorunun müdiri Günay Bayramova aprelin 27-də Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasına (Azerbaijan Tourist Guides Association - ATGA) üzvlüyə qəbulla bağlı tədbirdə çıxış edərkən bildirib.Tədbirdə bələdçiliklə məşğul olan şəxslərin xüsusən SAHMAN layihəsində aktiv iştirak etdikləri və Agentliyin turizm üzrə dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsində hər zaman maraqlı olduğu diqqətə çatdırılıb.Üzvlüyə qəbul mexanizmlərinin açıqlanması tədbirində ATGA-nın fəaliyyət planları, turizm bələdçiliyi üzrə sertifikatlaşma qaydaları, eləcə də təşkilata üzvlüklə bağlı müraciətin formaları ətraflı şəkildə izah edilib.