AT İGİDƏ HƏYAN, QOLUNA QÜVVƏTDİR

At qəhrəmanı mənzil başına tez çatdırdığı kimi, qəhrəmanın görəcəyi işi, göstərəcəyi şücaəti tezləşdirdiyi kimi, igidə həyan, qoluna qüvvət, dizinə taqət olduğu kimi, həm də vəfalı dostdur, silahdaşdır. Azərbaycanda atçılığın tarixi isə çox əski dönəmlərə söykənir. Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapan qədim Azərbaycan dövlətləri – Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılıb. Tarixçi Herodot yazır ki, Midiyada Xəzərin cənub-qərbində Nesey adlanan geniş ərazidə daha iri, güclü və yaraşıqlı atlar yetişdirilib.Bir çox tədqiqatlardan, tarixi ədəbiyyatlardan, müxtəlif mənbələrdən, habelə, aparılan elmi araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz