ASTANDA MDB DÖVLƏT BAŞÇILARI SAMMİTİ START GÖTÜRDÜ

Qazaxıstanın Astana şəhərində keçirilən MDB Dövlət Başçıları Sammitində müzakirə olunacaq məsələlər açıqlanıb. Bu barədə sammitin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib. Onun sözlərinə görə, MDB liderləri sammitdə humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.Xatırladaq ki, oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.