ARTIQ QUBADA DA TÜRKİYƏYƏ DƏSTƏK KOMPANİYASI BAŞLADI
Baxış sayı: 434
Türkiyədə bazar ertəsi səhərə yaxın baş vermiş zəlzələdə indiyədək minlərlə insan olüb, yaralanıb, eləcə də minlərlə bina dağılıb.
Türkiyə hökuməti zəlzələdən dərhal sonra dördüncü səviyyəli həyəcan siqnalı verib ki, bu da beynəlxalq yardım tələbi deməkdir. Zərərçəkənlərin əsasən qış paltarları - gödəkçə, şalvar, əlcək və coraba ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank və təmizlik alətləri də lazımdır. Zəlzələ baş verən bölgələrdəki Türk qardaşlarımıza yardım etmək istəyənlər “Qardaş köməyi platforması”na müraciət edə bilərlər. Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 6000-ə yaxın insan həyatını itirib, 34810 nəfər yaralanıb, 5 775 bina dağılıb.