ARMUDVARİ LİMON YETİŞDİRİLİB

Bu limon cənub bölgəsində olan bağbanlar üçün yeni olsa da əslində onun becərilmə texnalogiyası istehsalçılara artıq məlumdur.

Təcürbə məqsədi ilə əkildiyi üçün hələ ki, yeni limon sortu bağlarda məhdud saydadır. Lakin bağ sahibləri tezliklə bu meyvənin istehsalının artırılmasında çox maraqlıdırlar. Bu mövsüm ağcdan az sayda əldə olunan meyvələrin bazar təlabatını öyrənmək məqsədi ilə Fermer Rəşad Həsənov xarici və daxili bazarlara nümunələr göndərib və təlbatın gözləniləndən də çox olduğu məlum olub.Portağal dadı verən yeni sitrus meyvəsi bir çox xəstəliklər üçün də effektlidir. Bağ sahibi deyir ki, armudvari limonun ağacını calaq üsuslu ilə çoxaltmaq mümkündür. Elə buna görə də bağ salarkən xaricdən yeni tinglərin gətirlməsinə də ehtiyac qalmır.onu da əlavə edəkki , armudvari limonun Astara rayonu ilə yanaşı Lənkəran rayonunda da fermerlər tərəfindən becəriməsinə maraq artıb.