Yazla birlikdə bir-bir üçünü göstərməyə başlayan otlardan biri də yemlik otudur. Bu o bitkidir ki,
insan orqanizmi üçün faydası çox olsa da, heç də hamı tərəfindən tanınmır. Yemlik out dağlarda, düzənliklərdə, tarlalarda yabanı halda bitən bir otdur. Respublikamızın elə bölgəsi yoxdur ki, orda yaz aylarında bu ota rast gəlinməsin. Sarı çiçəkləri olan yemlik kökündən çiçəyinə qədər yeyilə bilir. Bəs bu bitkinin hansı faydaları var? Öncəliklə tərkibində bol dəmir olduğuna görə qan azlığından müalicə edir. Amma bu hələ ilk dediyimiz faydadır. A, B2, B6 VƏ C vitaminləri baxımından zəngin olduğundan immun sistemini gücləndirir, orqanizmi xəstəliklərdən qoruyur.
{youtube}0HotiY0gVIQ{/youtube}