ARGENTİNALI SƏFİR ÖLKƏMİZDƏKİ TOLERANTLIQDAN RAZI QALIB

Argentinanın ölkəmizdəki səfiri Marianxeles Belluşi Qubaya səfər edib. Səfər iştirakçıları öncə Quba Rayon İcra Hakimiyyətində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar

Mahmudovla görüşüb və gəlişlərinin məqsədi ilə bağlı bilgi veriblər.Rayon rəhbəri argentinalı qonaqlara Azərbaycanın turizm önəmi böyük olan Quba  haqqında bilgi verərək, rayonda müxtəlif xalqların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığını vurğulayıb.

Görüşdən sonra qonaqlar Qubadakı “ABAD Factory” istehsalat kompleksi, “Azərxalça” ASC-nin Quba filialı, dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə qəsəbəsi, buradakı sinaqoqlar, Dağ Yəhudilərinin Muzeyi ilə tanış olaraq icma üzvləri ilə görüşüblər.

Argentinalı qonaqlar həmçinin rayonun Alekseyevka kəndində nümunəvi bağ sahəsi ilə də tanış olublar.

Argentinalı səfir ölkəmizdəki tolerant mühitdən razı qalıb.