Onun sevgili yurdunda ilk solo konserti idi. İzləyicilərindən daha çox həyacanlı idi desəm yanılmaram. İllər sonra doğma yurdunda bütöv Azərbaycanın səsi olacaqdı. O yurdu ki, artıq
güclü, sarsılmaz, qüdrətli bir dövlətə dönmüşdü. Türk Dünyasının sevilən sənətçisi Ozan Araz Elsəsin sentyabrın 30-da Heydər Əliyev sarayında keçirilən konserti anşlaqla keçdi. Ozan musiqisinin, Araz Elsəs səsinin vurğunları, bir də Azərbaycanı Güneyli Quzeyli yox, bütöv görmək istəyən insanlar yığılmışdı konsertə. Konsertdə səsləndirilən hər musiqi sanki Güneyli soydaşlarımızdan soraq idi. Mən Türkəm hayıran Güneyin səsi idi. Konsertdə səsləndirilən türkçülüyü, yurdsevərlilik hayqırtıları dinləyənlərin qulaqlarında hələ uzun zaman səslənəcək. Sevilən mahnıları ilə birgə yeni əsərlər də təqdim edən tanınmış Ozan səhnədə yüksək ifaçılıq bacarığı sərgilədi.Bütöv Azərbaycanın sənət simgəsi Ozan Araz Elsəsin paytaxt Bakının ən böyük konsert zalı olan Heydər Əliyev sarayında keçirlən konserti maraqlı anları ilə yadda qaldı. Konsertdə mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, ictimai-siyasi xadimlər də iştirak etdi.