ARAİK ÜMİDİNİ YAĞIŞA BAĞLAYIB

Xankəndinin su təchizatı problemi həllini tapmamış qalır. Bu barədə Xankəndində fəaliyyət göstərən yerli Televiziyanın hazırladığı hesabatda deyilir. Hesabatda bildirilir

ki, normal şəraitdə nasos stansiyaları işləməli, dizel generatorlarından istifadə edilməli, ya da heç olmasa, su verilməyən ərazilərə maşınla su çatdırılmalıdır. Ancaq bu gün yanacaq olmadığından bunları etmək üçün heç bir imkan yoxdur. Qondarma rejimin rəhbərliyi sudan qənaətlə istifadə etməyə və səbirli olmağa çağırır. Ümid edirlər ki, bir neçə gündən sonra hava şəraiti dəyişəcək, yağış yağacaq və temperatur bir qədər aşağı düşəcək. Bundan sonra bəlkə su problem də aradan qalxacaq.