ANOMAL İSTİLƏR BU TARİXDƏ BİTƏCƏK

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji proqnozlar Xidmətinin direktoru Gülşad Məmmədova bildirib ki, bürkülü və qızmar hava şəraiti Avqustun

14-ündə də davam edəcək.  Avqustun 13-də ən yüksək temperatur Naxçıvan MR -nın Culfa rayonunda qeydə alınıb 43 dərəcə. Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 6 dərəcə yüksək olub. Bəs anomal istilər nə vaxt bitəcək ?

Qeyd edək ki, belə hava şəraiti əksər əhali üçün çox əlverişsizdir. Gündüz saat 12-17 arasında açıq havada çox gəzmək və hətta dənizə girmək olmaz. Bəzi insanlar açıq havada işləməyə məcburdurlar. Bu zaman onlar hökmən həsir şlyapalardan və yüngül kepkalardan istifadə edilməlidir. Daha çox maye qəbul edilməlidir. Susamadığınız halda belə belə su içmək də lazımdır. Boyun, baş, qol altı nəm saxlanmalıdır.