ANKARANIN “ATAKULE”QÜLLƏSİ AZƏRBAYCAN BAYRAĞI İLƏ İŞIQLANDIRILIB

Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsi, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkət edib.

İşıqlandırma yerli televiziyalar tərəfindən canlı nümayiş olunub.Televiziya kanallarının bu barədə yaydığı xüsusi reportajda tamaşaçıların diqqətinə çatdırılıb ki,koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunmasının ardından Atakule qülləsinin üç rəngli Azərbaycan bayrağının rənglərinə boyanması iki dövlətin əbədi qardaşlığının tərənnümdür.