ANKARADAN ƏHMƏD CAVADA BÖYÜK SAYĞI
Baxış sayı: 617
Xalq şairi Əhməd Cavadın adı Ankaranın Eti Meksud rayonundakı küçələrdən birinə verilib. Həmin küçədə Türk Tarixi Muzeyi və parkı yerləşir. Eti Meksud bələdiyyəsinin açıqlamasında bildirilir ki, bir müddət əvvəl Türk Tarixi Muzeyi və parkında Azərbaycan Dövlət Himninin sözlərinin və çırpınırdı Qara Dəniz şerinin müəlifi Əhməd Cavadın heykəli ucaldılıb.
Türksoyun baş katibi Sultan Rayev Əhməd Cavad və Nuri Paşanın nəvələrinin qatıldığı mərasimdə çıxış edən Eti Meksud bələdiyyəsinin başçısı Ənvər Dəmirəl Əhməd Cavadın Türk dünyası üçün çox əhəmiyyətli bir şəxsiyyət olduğunu bildirib. Açılışda Əhməd Cavadın mədəni irsini bu günə qədər daşıyan, qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasında xidmətləri olan şəxslərə, müxtəlif qurum və təşkilatlara Əhməd Cavad medalları təqdim edilib.
Mərasimdən sonra Kənan Çarboğanın hazırladığı və Əhməd Cavadın şerlərinin türkcə tərcümələrinin yer aldığı əsər təqdim olunub.