ANKARADA AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLİB
Baxış sayı: 581
Ankarada Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim və “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Mərkəzi Qərargahında keçirilən tədbirin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov və Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova çıxış ediblər.