AMSAR KƏNDİNİN ÖZ TİBB MƏNTƏQƏSİ OLACAQ

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Amsar kənd kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon Polis şöbəsinin rəisi, rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.