ALTI AY KOMADA QALDIQDAN SONRA ŞƏHİD OLAN ƏSGƏR XAÇMAZDA DƏFN EDİLİB
Baxış sayı: 722
Şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb
Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olunub. Xaçmaz rayonunun Maqsudkənd kənd sakini olan şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.
Onun 1 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!