2018-ci ildən fəaliyyət göstərən “AltaiMaral BioProducts” MMC Azərbaycanda sağlam qida və təbii kosmetika məhsullarının satışı ilə məşğuldur. Rusiya Federasiyası, Altay diyarı,
Biysk şəhərindəki “Alteya” OOO və “DveLinii” OOO istehsalçılarının ölkəmizdəki rəsmi nümayəndəsi olan “AltaiMaral BioProducts”, 40-dan çox məhsul çeşidi ilə, qısa müddət ərzində, yerli alıcıların rəğbətini qazana bilmişdir. Dünyanın ekoloji cəhətdən ən təmiz bölgələrindən biri sayılan Altayın bitki örtüyü və digər təbii sərvətlərindən, yüksək texnoloji metodlarla alınmış bu məhsulları, əsasən 4 qrupa bölmək olar: 1. Sağlam qidalanma proqramına aid -- soyuq sıxma yolu ilə əldə edilmiş, “Alteya” bitki yağları; 2. Mineral, quru kosmetikaya aid – “Planet SPA Altai” dəniz duzları və gillər; 3. Pantohematogen tərkibli – “Silapant” kosmetikası; 4. Bitki cövhərləri ilə zəngin – “AltaiBio” kosmetikası. “Alteya” bitki yağları, soyuq sıxma metodu ilə istehsal edildiyindən, bitkinin tərkibindəki faydalı maddələr maksimum qorunub saxlanılır, alınan məhsul xoş dada və ətirə malik olur. Bioaktiv birləşmələrlə zəngin olan bu yağlar, orqanizmdə gedən mübadilə proseslərinə müsbət təsir göstərdiyindən, müxtəlif xəstəliklərin profilaktikasında və müalicəsində, həmçinin, kosmetologiyada baxım prosedurları zamanı geniş istifadə edilir. Yüksək dad keyfiyyətlərinə və gözəl ətirə malik “Alteya” bitki yağları, sağlam qidalanma ilə yanaşı, özəl ləzzət arayan xanımlar üçün, mətbəxin əvəzolunmaz məhsulu rolunu oynaya bilər. “Planet SPA Altai” dəniz duzları çoxsaylı minerallarla zəngin tərkibə malikdir. Bu duzlardan hazırlanmış vannaların qəbulu, bədəni tonuslandırır, maddələr mübadiləsini gücləndirir, ürək-damar sisteminin və sinir sisteminin fəaliyyətinə yaxşı təsir göstərir, dərinin cavanlaşmasına və elastikliyinin saxlanmasına kömək edir. “Planet SPA Altai” gilləri. Dəridə çox yaxşı absorbent rolunu oynayan bu kosmetik gillər, asanlıqla şlakları və toksinləri özünə hopdurur, yağlar mübadiləsini və duz-su balansını normallaşdırır. Bu özəlliyinə görə gillər, orqanizmin zərərli maddələrdən təmizlənməsi və artıq çəkinin azaldılması məqsədi ilə geniş istifadə edilir. “Silapant” – pantohematogen tərkibli özəl Altay kosmetikasıdır. Pantohematogen -- Altay maralının sümükləşməmiş buynuzu olan pantın içindəki qan cövhəridir. Pantohematogen tərkibli kosmetika, insan üçün zəruri bioloji aktiv maddələr (aminturşular, mikroelementlər, fosfolipidlər) mənbəyidir. Aminturşular dərini intensiv qidalandırır, qan dövranını stimullaşdırır, hüceyrə sisteminin regenerasiyasında iştirak edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır və dərinin qocalma prosesini ləngidir. "AltaiBio"-- əsasən, bitki tərkibli təbii kosmetikadır. Altay təbiətindən güc alan bu kosmetika, bitki cövhərlərinin təkrarsız kompleksindən ibarətdir. Yüksək texnoloji standartlara əsaslanaraq, istehsal edilən bu məhsullar, inqredientlərin bütün təbii özəlliklərini qoruyub saxlamağa və onların faydasını istifadəçiyə çatdırmağa xidmət edir. “AltaiMaral BioProducts” şirkətinin, qiymətcə də münasib olan, bu təbii məhsullarını, əsasən, Bakıda və bölgələrdə yerləşən apteklərdən, həmçinin, kosmetika mağazalarından əldə edə bilərsiniz. Bütün məhsullara aid, istehsalçı tərəfindən verilən keyfiyyət sertifikatları və yerli orqanlar tərəfindən yoxlanılaraq, təsdiqlənən şəhadətnamələr mövcuddur