ALMANİYALI SƏFİR QUBADA MÜZAKİRƏLƏR APARDI

Almaniya Federativ Republikasının ölkəmizdəki səfiri Ralf Horlemann mayın 4 - də

Quba şəhərinə səfər edib.Səfər çərçivəsində səfiri Almanıyanın Leypsiq Şəhəri İcra Hakimiyyətinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri xanım Gabriele Goldfus müşayət edib. Almaniyalı diplomat əvvəlcə Quba Şəhər İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Rayon rəhbəri Quba haqda almaniyalı qonağa ətraflı bilgi verib.Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Bu mənim Qubaya ilk rəsmi səfərimdir. Bu gün İcra Başçısı Cənab Ziyəddin Əliyevlə biz ikitərəfli əlaqələr, o cümlədən Quba ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparmışıq. İkitərəfli əlaqələr yalnız dövlətlər arasında deyil, həm də bələdiyyələr və şəhərlər arasında da qurulur. Bu səbəbdən də bu günkü  səfərdə məni Leypsiq Şəhərinin İcra Hakimiyyətinin əməkdaşı xanım Goldfus müşayət edir. Xanım Goldfus bu gün, gün ərzində Qubada səfərdədir. Biz burada gələcək əməkdaşlıq və gələcək layihələr haqqında fikir mübadiləsi aparacıyıq. Bu görüşlərdən sonra ola bilər ki, Quba və  Leypsiq arasında hansısa bir əməkdaşlıq əlaqələri yaransın. Daha sonra qonaq “Qədim Quba” xalçaçılıq müəssisəsi ilə tanış olub.Bundan əlavə, səfir Ralf Horlemann Dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi və “Giləki” sinaqoquna da baş çəkib. Qeyd edək ki, Azərbaycan və Almaniya dost və tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf edir. Azərbaycan Almaniya ilə həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində uğurla əməkdaşlıq edir.

{youtube}Qp1upS7f0GM{/youtube}