ALMANİYADA AZƏRBAYCANIN TURİZM POTENSİALI TƏBLİĞ EDİLİB

10-12 sentyabrda Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfurt şəhərlərində silsilə tədbirlər keçirib.Tədbirlərdə iştirakçılar üçün Azərbaycanın turizmin müxtəlif istiqamətləri üzrə

mövcud potensialı, turizm marşrutları, görməli yerləri, hotelləri, qədim memarlıq abidələri və milli mətbəxi barədə təqdimatlar keçirilib.Silsilə tədbirlərdə turizm şirkətlərinin geniş məlumatlandırılması məqsədilə Azərbaycanın təbiətindən, turizm imkanlarından bəhs edən təbliğat filmləri nümayiş olunub.Almaniyanın hər 3 şəhərindən olan 150-dən çox turoperator, turagentlik, o cümlədən digər turizm təşkilatları ilə Azərbaycan turizm sektorunu təmsil edən 7 şirkət arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.Görüşlərdə qarşılıqlı fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri qiymətləndirilib.Silsilə tədbirlərin sonunda təsadüfi seçim prosesi ilə adları lotoreya kağızında əks olunan iştirakçılara Azərbaycanın şərabçılıq ənənələrini əks etdirən mükafatlar təqdim olunub.