ALMAN NÜMAYƏNDƏ HEYƏTİ QUBADA SƏFƏRDƏ OLUB

Alman Bundestaqının Hüquq siyasəti komitəsinin respublikamızda səfərdə olan nümayəndə heyəti Quba rayonuna səfər edib. Səfərdə nümayəndə heyətini Almaniya Federativ

Republikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ralf Horlemann və səfirlik işçiləri müşayət edib. Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edib. Sonra qonaqlar Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə qəsəbəsi ilə tanış olmuş, qəsəbə icmasının nümayəndələri ilə görüşmüşlər. Qonaqlar ölkəmizdə, eləcə də rayonumuzdakı tolerant mühitdən öz məmnunluqlarını bildiriblər.