Sevərək yediyimiz meyvələrdən olan və Qubanın simgəsinə çevrilən almanın faydaları ilə bağlı çox bilgilər var. Bəs alma hansı xəstəliklərə olduqca faydalıdır,hansı xəstəliklərin riskini azaldır?
Son araşdırmaya görə, gündə iki alma yemək xolesterolu azaldır və ürək xəstəliklərinə qarşı mübarizədə aktiv rol oynayır.Bu barədə fikir Amerika və İtaliya alimlərin apardıqları araşdırmalar nəticəsində ortaya çıxıb.Amerikanın Reading və Fondazione Edmund Machın Universitetinin alimləri Amerikanın “Journal of Clinical Nutrition” elmi jurnalında çap etdirdikləri məqalələrində alma lifləri və polifenolların xolesterolu azaltdığını xüsusi qeyd edirlər. Araşdırma aparan alimlərdən Julie Lovegrove bildirib ki, bu araşdırmada alma suyunun tərkibindəki şəkər və kalorilərdən fərqli olaraq,gün ərzində iki alma yeməklə ürək xəstəliklərinin sağalmasında necə müsbət təsir etdiyi sübut olunub.