Tələbə adı qazanmaq hər bir abituryentin arzudur. İlk dəfə parta arxasında əyləşib yazıb oxumağı örənən gündən hər bir şagirdə çevrəsindən eşitdiyi: “gün o gün olsun, ali məktəbə qəbul olasan” ifadəsi sanki yaşam biçiminə çevrilir. Orta məktəbi uğurla bitirib, sevdiyi ixtisasın sirlərinə yiyələnmək üçün tələbə adı qazanmaq.Artıq 2023-2024-cü tədris ili üçün aqli məktəblərə qəbul imtahanları və ixtisas seçimləri həyacanı geridə qalıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 70301 nəfər iştirak edib. Onlardan 51941 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Tələbə adı qazanan 24594 nəfər dövlət sifarişi əsasında, 27347 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.İndi isə tələbə adı qazanan gənclərin önündə 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçmək qalır. Qeydiyyatdan keçdikdən sonra yaradılmış kabinetə daxil olub göstərilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidi.ADPU Quba filalının direktor köməkçisi Mürvət Əliyev portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra artıq dərslər başlayanda ali təhsil ocaqlarında hansı sənədlərin tələb ediləcəyini açıqladıOnu da xatırladaq ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
{youtube}0SDJvrF0zto{/youtube}