ERMƏNİLƏR PAŞİNYANIN İSTEFASINI İSTƏYİR

Ermənistanın paytaxtı İrəvanda ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə iki yürüş keçirilib. Aksiyalardan biri Şenqavit inzibati rayonunda başlayib. Nümayişçilərə Ermənistan müxalifət fraksıyasından parlamentin vitse- spikeri İşxan Saqatelyan başçılıq edib. Paytaxtın mərkəzindəki Azadlıq meydanından başlayan ikinci yürüşə isə müxalifətin Şərəfim var fraksiyasının lideri Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan rəhbərlik edib.