Aİ AĞDAM-XANKƏNDİ YOLUNUN AÇILMASINI ALQIŞLAYIR

 “Rusiyanın Ağdam-Əsgəran marşrutu ilə humanitar yük daşımasını qeydə aldıq”. Bu sözlər Avropa İttifaqı

Şurasının saytında şuranın Prezidenti Şarl Mişelin sözçüsü Yekaterina Kasinj tərəfindən yayılan bəyanatın mətnində yer alır. “Biz bu inkişafla bağlı bütün həssaslıqları anlayırıq, hadisənin yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmalarının bərpası üçün təkan yaradacağını gözləyirik”, - deyə o əlavə edib.

Aİ-nin bəyanatında həmçinin bildirilir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel son hadisələrin fonunda Azərbaycan və Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb, həmçinin sentyabrın 10-da Nyu-Delhidə G20 ölkələrinin sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndiyə keçidi sentyabrın 12-də baş tutub.