ADPU–NUN QUBA FİLİALINDA MÜƏLLİMLƏR GÜNÜ QEYD OLUNUB

ADPU – nun Quba filialında 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.Tədbirdə filialın professor-müəllim heyəti, əməkdaşlar, həmkarlar, qonaqlar və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə filialın Sosisl və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva açıq elan edərək, qeyd edib ki, təhsil inkişafın ön cəbhəsidir. Bu inkişafda pay sahibi olmaq isə biz müəllimlərin ən böyük arzusudur.Bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında da siz müəllimlərin əməyi danılmazdır. Filial tələbələrinin təqdimatında şeirlər səsləndirilib, müəllim əməyinin təzahürü olacaq ifadələr vurğulanıb.Sonra filialda qonaq kimi iştirak edən Şəhid Kapitan Aqil Məlikovun qızı Xədicə Məlikova, VİQAS psixoloji və nitq inkişafı mərkəzinin direktoru Fidan Bağırova və filialın Həmkarlar İttifaqı Komitəsinjn sədri Mürvət Əliyev tərəfindən filial kollektivinə təbrik ünvanlanıb, direktor dosent Y.Alıyev Fəxri Fərman, Təşəkkürnamə və hədiyyə ilə təltif edilib. Daha sonra filialda tədris ili ərzində elmi pedaqoji və təşkilatı fəaliyyətinə görə fərqlənən müəllim və əməkdaşlar Fəxri Fərmana layiq görülüb. Biz də qafqaz TV – ailəsi adından bütün müəllimləri bu gözəl bayram münasibəti ilə təbrik edir, onlar işlərində yeni – yeni uğurlar arzulayırıq. Bayramınız mübarək əziz müəllimlər.