ADPU – NUN QUBA FILİALINDA TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLDİ

ADPU – nun Quba filialı ilə Qafqaz TV – nin əməkdaşlıq çərçivəsində hər il olduğu kimi, növbəti dəfə regionun ən baxımlı kanalı olan Qafqaz TV – də keçiriləcək üç aylıq təcrübə proqramı ilə bağlı tələbələrlə görüş keçirilib. Görüşdə filialın direktoru dosent Y.Alıyev Qafqaz TV - nin əməkdaşları Elçin Əsəd, Xanım Xatun,Dəyanət Rza və təcrübə proqramı ilə maraqlanan tələbələr iştirak etdilər.