ADPU QUBA FİLİALINDA DA DEZİNFEKSİYA İŞLƏRİ APARILIB

Ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib,  dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.Bu məqsədlə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında da təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilib.

Dezinfeksiya zamanı yüksək keyfiyyətli yerli və xarici ölkə istehsalı olan məhlullardan istifadə edilib.Aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.Onu da nəzərinizə çatdıraq ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.Qeyd olunan müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.