ADPU-NUN QUBA FİLİALINDAN DAHA BİR UĞUR

ADPU Quba filialı pandemiyanın geniş yayıldığı bir dönəmdə tələbələrin onlayn təhsil metoduyla tədris keyfiyyətlərini artırmaqla yanaşı onların asudə vaxtlarını da səmərli keçirməkləri üçün müəyyən addımlar atmağa davam edir.

bu dəfə isə tələbələrin yaradıcılıq və bədii ustalıqlarını ,özünəməxsus yanaşmalarını ortaya çıxaran ,nitqlərinin səlisliyini nümayiş etdirən "Virusla döyüşən həyatımız" adlı "ONLİNE ESSE MÜSABİQƏ"baş tutdu.Müsabiqənin münsiflər heyətinin tərkibi də xüsusi seçilib.Bunun üçün Respublikanın qabaqcıl universitetlərində çalışan tanınmış alimlərdən və peşəkar jurnalistlərdən ibarət Online təşkilat komitəsi də yaradılıb.Belə olan halda isə tələbələrə sadəcə Koronovirusdan qorunmağın sağlam yolu; Təhsildən geri qalmamağın vacibhəlli; Sevgi, inam və məsuliyyət mübarizə üsulu kimi. Bəşəriyyət pandemiya ilə üz-üzə mözvularından birini seçib essələr hazırlamaq qalıb. müəllifin özü tərəfindən səsləndirilən videoların həcmi isə 2-4 dəq olub."Virusla döyüşən həyatımız" adlı esse Müsabiqəsinə təxminən 100-ə yaxın iştirakçı qatılıb,filialın direktoru Yusif Əliyevin sözlərinə görə qalibləri seçmək elədə asan olmayıb. Qiymətləndirmə meyarlarına gəlincə.... 1-ci yerin sahibi Jalə Məmmədova,2- ci yer Zülfüqar Mayılov ,3-cu yerin qalibi isə AZər Zahirov olub. sonda müsabiqənin qaliblərinə elektron diplomlar, həvəsləndirici sertifikatlar verilib.