ADPU-NUN QUBA FİLİALINDA USTAD MÜHAZIRƏSI DİNLƏNİLİB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə Millət vəkili, professor  Hikmət Babaoğlunun iştirakı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir

Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda Ustad dərsi keçirilib. Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilən tədbiri giriş nitqi ilə filialın direktoru Yusif Alıyev açaraq, qonaqları və tədbir iştirakçılarını salamladı. Dəvəti qəbul edib görüşə gəldiyi üçün millət vəkili professor Hikmət Babaoğluna minnətdarlıq etdi. Daha sonra geniş məruzə nitqi ilə çıxış edən professor Hikmət Babaoğlu bildirdi ki, böyük dövlət xadimi Heydər Əliyevin iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Deputat Hikmət Babaoğlu ilk dəfə Quba filialına gəlişi ilə bağlı təəssüratlarını da kollektiv ilə bölüşdü.  Tədbirdə filialın əməkdaşları: əməkdar mədəniyyət işçisi Elza Orucova, Eyvaz Şeydayev, Kəmalə Bayramova, tələbələr Səma Asəfova və Yeganə Quliyeva çıxış edib, Ulu Öndərə aid şeirlər söyləyiblər.

Sonra Filialın əməkdaşları Aysel Şeydayeva və Ləman Əliyevanın hazırladıqları film nümayiş etdirilib. Daha sonra Filial Elmi Şurasının qərarı ilə Millət vəkili, professor Hikmət Babaoğlu Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsini, həyat və faəliyyətinin işıqlandırılmasını layiqincə təbliğ etdiyinə və ADPU-nun Quba filialında təşkil edilən Ustad dərsində geniş və məzmunlu məruzəsinə görə Fəxri Diplomla təltif edilib. Sonda xatirə şəkli çəkdirilib.