ADPU-NUN QUBA FİLİALINDA JURNALİSTLƏRİN PEŞƏ BAYRAMI QEYD OLUNUB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 22 İyul Milli Mətbuat

Gününə həsr edilmiş “Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində ulu öndər Heydər Əliyevin rolu”adlı tədbir keçirilib. Tədbirdən əvvəl Quba şəhərində yerləşən Media Şəhidləri Parkındakı abidə ziyarət edilib, qəhrəman jurnalistlərin abidəsi önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə açıq elan edilib, daha sonra ulu öndər Heydər Əliyevin və vətən uğrundan canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Filialın direktoru dosent Yusif Alıyev tədbirdə geniş məruzə ilə çıxış edib. Yusif Alıyev tədbirdə dəvəti qəbul edib gəldiyinə və filialın təddbirlərini mütəmadi olaraq işıqlandırıdığına görə tanınmış jurnalist Aytəkin Alxaslıya, “AZƏRTAC”ın bölgə müxbiri Elxan Yusifliyə, regionun ən baxımlı kanalı olan Qafqaz Tv-nin rəhbəri Eltən Qədimbəyli başda olmaqla “Xəbərlər departamenti”nin rəhbəri Elçin Əsədə, Televiziyanın redaktoru Xanım Məmmədovaya və özləri burada olmayan, lakin hər zaman filialın nailiyyətlərinə işıq tutan KİV nümayəndələrinin hər birinə kollektiv adından dərin təşəkkür edib.Tədbirdə çıxış edən peşəkar jurnalistlər Aytəkin Alxaslı, Elxan Yusifli və Xanım Məmmədova filialın direktoru Yusif Alıyevə jurnalistlərlə dostluq münasibətləri qurduğuna görə təşəkkür edib, onların peşə bayramlarının bölgənin yeganə ali təhsil müəssisəsində qeyd edilməsinin əhəmiyyətini vurğulayıblar. Daha sonra tədbirdə Filialın əməkdaşları çıxış ediblər.Sonda ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev Filial ilə mütəmadi olaraq səmərəli əməkdaşlığına görə və 22 İyul Milli Mətbuat Günü münasibətilə Elçin Əsəd, Aytəkin Alxaslı, Xanım Məmmədova və Elxan Yusiflini Fəxri diplomla təltif ediliblər.Sonda xatirə şəkli çəkdirilib.

{youtube}Wl_-kkUnNig{/youtube}