ADPU-NUN QUBA FİLİALINDA BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Kitab hər anımızda bizə gərəkdir. Kitab oxumaqla biz dünya görüşümüzü artıra,həyata baxış bucağımızı dəyişə bilərik.Kitabda yazılan əsərlər bizi keçmiş dövrə apararaq o dövrün insanları ilə tanış edir, onların düçüncələrini və həyat tərzini obrazlı canlandırır.

Bu sehirli qüvvənin insan həyatında olan əhəmiyyətindən nə qədər danışsaq yenə də azdır. Bu gün ADPU-nun Quba filialında 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib.Sözü gedən tədbirdə professor-müəllim heyyəti, kitabxana nümayəndələri və tələbələr iştirak ediblər.Tədbiri giriş sözü ilə açan ali təhsil müəssisəsinin direktoru Yusif Alıyev kitabların insanlara bəxş etdiyi möhtəşəm faydaları barədə iştirakçılara ətraflı məlumat verib. Tədbirdə çıxış edən digər qonaqlar ölkə miqyasında gənclərin kitablara olan marağının daha da artırılması istiqamətində müəyyən işlərin görüldüyünü diqqətə çatdırıblar.ADPU-nun direktoru Yusif Alıyev Beynəxalq Kitab Bağışlama Gününün əhəmiyyətindən danışaraq vurğuladı ki,belə tədbirlər gənclərin kitabdan uzaqlaşmalarının qarşısını almaq üçün ən önəmli təbliğatdır. Oxucu sayının daha da artırılmasının bir səbəbidə kitabxana bazasının zənginləşdirilməsidir. Elə bunu əsas tutan ali təhsil müəssisəsi mütamadi olaraq kitabxanaya bir sıra yeni nəşr kitabların gətirilməsini təmin edir. Günun müxtəlif saatlarını kitabxanalarda mütaliə etməklə keçirən tələbələr əldə etdikləri uğurlara məhz kitabların sayəsində nail olduqlarını bildirdilər.Həmçinin onu da vurğuladılar ki, kitablar onların həyatında ayrılmaz bir parçadır Sonda universitetdə fəallığı ilə seçilən bir sıra tələbələrə təhsil müəssisəsinin direktoru Yusif Alıyev tərəfindən kitablar bağışlanıldı.