ADPU-NUN QUBA FİLİALI İLƏ QAFQAZ TV-NİN İŞÇİ QRUPLARININ İLK GÖRÜŞÜ BAŞ TUTDU

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialı ilə Qafqaz televiziyası yaratdıqları işçi qrupu səviyyəsində ilk görüşlərini keçiriblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev bir qrup müəllim və tələbə kollektivinin ,eləcədə qafqaz teleziyasının yaradıcı bilriyinin bir qrup əməkdaşının iştirak etdiyi görüşdə yaxın günlərdə ikitərəfli görüləcək işlərin həlli yollarından ,qarşılıqlı maraq doğuran bəzi məqamlardan geniş söhbət açılıb.Universitet də öz növbəsində Qafqaz televiziyasının əsas konseptlərindən biri olan turizm sahəsinə universitet olaraq olduqca maraqlı olduqlarını,tarixi və ekoloji tərbiyə və digər mövzularda olan layihələrdə yaxından iştirak etmək istədiklərini bildiriblər. Eyni zamanda ,Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında baş tutan toplantıda işçi qrupların ilk görüşü olmasına baxmayaraq çox məhsuldar görüş olduğu diqqətə çatdırılıb.Sonda əməkdaşlığa dair aparılan fikir mübadilələrinin öz bəhrəsini verdiyi,artıq ortaq bir çox layihələrin düşünüldüyü diqqətə çatdırılıb.Tələbələrdən ibarət çölçü axınlarının təşkili,novruz ərəfəsində düşünülən möhtəşəm festival hazırlığı dönəmində dəstək məsələləri də əsas müzakirə mövzuları olub.Toplantı qarşılıqlı fikir mübadiləsi ilə davam edib.Sonda irəli sürülən bütün məsələlərin gerçəkləşməsinə nəzarət edəcək müəllimlər,tələbələr və Qafqaz televiziyasının yaradıcı birliyindən ibarət işçi qurupu protokol tərtib edib.