ADPU-NUN QUBA FİLİALI 20 YANVAR ŞƏHİDLƏRİNİN MƏZARINI ZİYARƏT ETDİ.

30 il öncə 20 yanvar tarixində xalqımızın azadlığı uğrunda Şəhid olan soydaşlarımızın xatirəsi bütün Azərbaycanın hər nöqtəsində anılır. Azərbaycan Pedaqoji Üniversitetinin Quba filialının müəllim və tələbə heyəti də

topraqlarımız uğrunda can vermiş şəhidlərimizin Quba Şəhidlər xiyabanındakı məzarlarını və şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə qərənfillər düzüblər.Yüzə yaxın müəllim və tələbə heyəti daha sonra, Quba şəhidlərinin xatirəsinə yaradılmış Şəhidlər muzeyini ziyarət edib. Muzeyin direktoru Həqiqət Hüseynova muzey haqqında müəllim və tələbə heyətinə geniş məlumat verərək bildirdi ki, Azərbaycanda ilk dəfə Şəhidlər muzeyi 1997-ci ildə Qubada yaradılıb. Xatırladaq ki, Qubadan ümumillikdə 217 şəhid var. Onlardan 2 nəfəri 20 yanvar, 12 nəfəri 1988-ci ildə Ermənistan tərəfindən vurulan təyyarədə şəhid olanlar, qalanları isə Qarabağda şəhidləridir. Qubanın mərkəzindəki şəhidlər xiyabanında hazırda 32 şəhidin məzarı var.