ADPU-NUN QUBA FİLALININ 30 İLLİK YUBİLEYİ QEYD EDİLİB
Baxış sayı: 600
ADPU-in Quba filalının 30 illik yubiley mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, ADPU-nun rektoru professor Cəfər Cəfərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, filialın kollektivi, ziyalılar, şəhid ailələri və qazilər iştirak ediblər.Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb.ADPU-nun Quba filialının tarixindən, fəaliyyətindən bəhs edən filmin nümayindən sonra yubiley tədbirində iştirak edən bir qurup elm xadimi, tələbə və filalda səmərəli fəailiyyət göstərən insanlar fəxri fərmanlar, diplomlarla təltif edilib, hədiyyələr təqdim edilib. Yubiley tədbirində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən universitet bu gün də ölkəmizin ali təhsil sistemində ön sıralardadır və fəaliyyətini dövrün tələbləri istiqamətində qurur. Universitet son 100 ildə 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları hazırlayıb. ADPU-nun filialları da yeni nəsil müəllimlərin hazırlanması istiqamətində fəaliyyət göstərir.