ADPU-NİN QUBA FİLİALINDA QIŞ İMTAHAN SESSİYASI DAVAM EDİR.

Artıq bir neçə gündür 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası başlayıb.İmtahan sessiyasının uğurla başa çatdırılması üçün bütün ali və orta ixtisas təhsili müəssisələrində ciddi işlər görülür.Bəs rayonun ali təhsil ocaqlarından biri olan ADPU-nin Quba filiali tələbələrin qış imtahan sessiyasına necə hazırlaşıb?

İl ərzində tələbələrin əldə etdikləri biliklərin qiymətləndirilməsi məqsədi ilə keçirilən və yanvar ayının əvvəllərindən başlayaraq 1 ay davam edən imtahan sessiyası nəinki tələbələr,həmçinin müəllimlər üçün də olduqca məsuliyyətli və gərgin keçir.Yanvarın 31-nə qədər davam edəcək imtahanlar yazılı olaraq aparılır.Həmçinin imtahan zalında müşahidə kameraları da quraşdırılıb ki,buda öz növbəsində burada şəffaflığın daha da yüksək səviyyədə təşkil olunduğunu göstərir.Tələbələr imtahan zalına daxil olmadan öncə nəzarətçilər tərəfindən ciddi yoxlanışdan keçir.Xatırladaq ki, nəzarətçilər ilə yanaşı,ali təhsil müəssisənin direktoru Yusif Alıyev şəxsən özü imtahanın prosesində yaxından iştirak edib.İlk dəfə semestr imtahında iştirak edən tələbələr nə qədər həyacanlı görünsələr də imtahan gedişatının onlar üçün rahat və uğurlu keçdiyini bildiriblər.Sonda onu da bildirək ki, valideynlər universitetə gələrək övladının monitor vasitəsi ilə imtahan prosesini yaxından izləyə bilər.