ADINI GÜNƏŞ SİSTEMİNƏ YAZDIRAN AZƏRBAYCANLI ALİM

Mars planetinin xəritəsində Qaliley, Nyuton kimi alimlərin adlarının yanında daha bir bilim adamının da adı var- Nadir Baba oğlu İbrahimov. Günəş sistemində isə adını Nəsrəddin Tusidən sonra yazdıran ikinci Azərbaycanlıdır. Bəs Azərbaycanın adını dünyada tanıdan bu Nadir İbrahimov kimdi? Nadir İbrahimovun axtarışına çıxanda öyrəndik ki, əslən Lahıcdan olan Nadir Ibrahimov Qubada, misgər ailəsində doğulub. Buna görə də misgər sənəntinə maraq onda hər zaman olub.