ABŞ ONA AİD OLMAYAN MƏSƏLƏLƏRƏ QARIŞIR

Amerikalılar onlara aid olmayan məsələlərə müdaxilə edirlər. Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani deyib.“İranın region ölkələri, o cümlədən Azərbaycanla

əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur. Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən nəticə çıxarmalıdırlar”, - deyə o bildirib. Qeyd edək ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen noyabrın 15-də bildirib ki, Ermənistan ərazisində istənilən dəhliz yalnız İrəvanın razılığı ilə yaradılmalıdır. Güc tətbiq etməklə və ya İranın iştirakı ilə istənilən digər variant həlledici cavabla üzləşəcək.