ABŞ BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİNİN AVROPA VƏ AVRASİYA ÜZRƏ BÜRO RƏHBƏRİNİN MÜAVİNİ QUBADA OLUB

Səfəri zamanı Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevlə görüşüb. 17 oktyabrda Amerika birləşmiş ştatları beynəlxalq inkişaf agentliyinin avropa və avrasiya üzrə büro rəhbərinin müavini

Aleksandr Sokoloyskinin rəhbərlik etdiyi nümayəndə heyəti Qubada səfərdə olub. Səfəri zamanı Quba Rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevlə görüşüb. Qubada səfərdə olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya üzrə büro rəhbərinin müavini Aleksandr Sokoloyskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlara rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, Qubadakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.İcra başçısı qeyd edib ki, 2,6 min kvadratkilometr ərazisi olan rayonda son dövrlər sosial-iqtisadi sahədə, xüsusən də kənd təsərrüfatı və turizm üzrə böyük nailiyyətlər əldə olunub. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Avrasiya üzrə büro rəhbərinin müavini Aleksandr Sokoloyski ilk dəfə olduğu Qubanın təbii füsunkarlığına heyran olduğunu vurğulayıb.Ölkəsinin Azərbaycanın kənd təsərrüfatı və turizm sahələrinə böyük maraq göstərdiyini qeyd edib və bu istiqamətdə nə kimi əməkdaşlıq perspektivinin mövcudluğu ilə maraqlanıb.Yaxın gələcəkdə ABŞ-da qeyd olunan məsələlərlə bağlı Azərbaycanla ikitərəfli konfrans və seminarların təşkil olunacağını bildirib. Aleksandr Sokoloyski icra başçısına Qubada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi,dövlətin özəl sektora dəstəyi, rayonun kənd təsərrüfatı və turizm sahələri üzrə özəllikləri, bu istiqamətdə icra olunan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı suallar ünvanlayıb. Əməkdaşlıq məqsədilə Turizm və kənd təsərrüfatı sahələri üzrə hansı həlli vacib məsələlərin olduğunu soruşub.Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev vurğulayıb ki, rayonda həyata keçirilən mühüm yol-infrastruktur və kommunikasiya layihələri barədə ətraflı məlumat verib. Abad yolların füsunkar təbiətli Qubada turizm sahəsinin inkişafına müsbət töhfələr verdiyini qeyd edib.Azərbaycanın digər turizm perspektivli bölgələri kimi Quba rayonunda da turizmin kənd, eko və etno istiqamətlərinə xüsusi önəm verilir.Rayonda fəaliyyət göstərən çoxsaylı turizm obyektləri yerli xə xarici turizm agentlikləri ilə əməkdaşlıq əlaqələrini genişləndirib ki, nəticədə bu il Qubaya gələn turistlərin sayı xeyli artıb.Qonaqların Qubada xalçaçılığın yaranma və inkişaf tarixi ilə bağlı sualının cavabında isə qeyd olunub ki, Quba xalçaları qədimliyinə və toxunma üslübuna görə dünyada məşhurduк.Hazırda rayonda 3 özəl xalçaçılıq müəssisəsi fəaliyyət göstərir,həmçinin kənd evlərində xalça toxuma ənənəsi davam etdirilir