92-Cİ DƏFƏ KEÇİRİLƏN “OSKAR” MÜKAFATI ÖZ SAHİBLƏRİNƏ ÇATDI

 1929-cu ildən təsis edilən və hər il müxtəlif naminasiyalar üzrə təqdim edilən “Oskar” mükafatı 92-ci dəfə öz sahiblərinə çatdı. Kimlər və hansı naminasiyada “Oskar”a laiq görüldülər? 

Amerika Kinoakademiyası “Oskar” mükafatının sayca 92-ci təqdim etmə mərasimini keçirib. Los-Ancelesin “Dolbi” teatrında keçirilən tədbirdə 24 naminasiya üzrə mükafatlar öz sahiblərinə təqdim edilib. Mərasimdə Cənubi Koreya istehsalı olan “Parazitlər” filmi İlin ən yaxşı filmi seçilib. Bununla da, 92 illik “Oskar” mükafatları tarixində ilk dəfə ingilis dilində olmayan bir film “İlin ən yaxşı filmi” nomaniyasında qalib olub. Ümumilikdə "Parazit" dörd mükafata laiq görülüb. Film, həmçinin "Ən yaxşı əcnəbi film" və "Ən yaxşı orijinal ssenari" kateqoriyalarında qalib olub. Filmin rejissoru Pon Jun Ho "Ən yaxşı rejissor" adını qazanıb.Digər əlamətdar hadisə isə Hollivud veteranı və planetin ən yaraşıqlı kişilərindən sayılan Bred Putin aktyor kimi ilk dəfə “Oskar” mükafatı qazanması olub. Bu film həmin kateqoriyada qalib gələn ilk əcnəbi film olub"Coker" filmindəki roluna görə Xoakin Feniks "Ən yaxşı aktyor", "Cudi" filminə görə isə Rene Zellveger "Ən yaxşı aktrisa" mükafatını qazanıb.