İmadəddin Nəsiminin 650 illiyilə əlaqədar respublikamızın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkə ərazisində 650 min ağac əkək kompaniyası çərçivəsində Quba rayonu üzrə 5 min 50 ağac əkilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü Quba rayon ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanıb. Bu təşəbbüs respublikamızın arid və semiarid regionlarında ekoloji tarazlığın qorunması baxımından olduqca vacibdir. Füsunkar təbiətli Qubanın sakinləri də bu kompaniyaya böyük həvəslə qoşulub və əkiləcək ağac və kolların yerli şəraitə uyğunluq dərəcəsi nəzərə alınır. Qubalılar sevinclə vurğulayır ki, 650 min ağac əkmək təbiətə 650 min canlı varlıq bəxş etməkdir. Bu da tədricən respublikamızda biomüxtəlifliyi artıracaq, ekoloji tarazlıq qorunacaq və insanlarımızın sağlam həyat tərzi genişlənəcək. Qeyd edək ki, İmadəddin Nəsiminin vətəni Şamaxıdan star götürəcək bir gündə 650 min ağac əkilməsi kompaniyası zamanı Qubada 5050 müxtəlif növ həmişəyaşıl və meyvə ağacı əkiləcək