Rayonun Qımılqışlaq kəndində yaşayan Aynur Ağabalayeva qısa müddətdə ev şəraitində 500-dən çox tibbi maska tikərək sakinlərə pulsuz paylayıb.
Xaçmaz şəhərindəki moda evlərindən birində dərzi kimi çalışan gənc xanım koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar ev şəraitində fəaliyyət göstərir. Tikdiyi maskaların satış üçün nəzərdə tutulmadığını bildirir. Tam steril şəraitdə tikilən maskalar pambıq parçadan hazırlanır. Aynur Ağabalayeva maska tikmək üçün parçanın böyük hissəsini öz vəsaiti hesabına alıb. Müsahibimiz bildirir ki, bəzi dostları parça almaq üçün ianə edib. işlədiyi moda evi xəstəxananın yaxınlığında yerləşir. Küçədə bəzi insanlar maskasız gəzirlər. Tələbat çox olduğundan apteklərdə tibbi maskaları əldə etmək çətinləşib. Buna görə də qərara gəlib ki, bir dərzi olaraq bu işdə rayon sakinlərinə öz köməkliyini göstərib. Aynur Ağabalayeva digər həmkarlarını da bu təşəbbüsə qoşulmağa dəvət edir və bildirib ki, İmkanı olan digər yoldaşlarını da bu işə qoşulmağa çağırır.