44 GÜNLÜK MÜHARİBƏNİN ERMƏNİSTANA SARSIDICI ZƏRBƏSİ

Ermənistan əhalisinin sayı yaxın illərdə azalacaq. Bu barədə iqtisadçı Qrant Mikaelyan bilgi verib. Ekspertin sözlərinə görə BMT Ermənistan əhalisinin 2050- ci ilə

qədər 300 min nəfər azalacağını proqnozlaşdırır. Mikaelyan bldirib ki, bunun əsas səbəbi 44 günlük müharibənin sarsıdıcı məğlubiyyətlə başa çatmasıdır. Qeyd edək ki, bu Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasının ən çox onun özünə və erməni xalqının gələcəyinə zərbə vurduğunun bariz nümunəsidir. 44 günlük müharibədə Ermənistanın 10 minə yaxın itki verdiyi bildirilir. Əgər Qrant Mikaelyanın hesabatına istinad etsək, o zaman belə nəticəyə gələ bilərik ki, Azərbaycanın qələbəsi ilə bitən 44 günlük vətən müharibəsi ermənistana 300 min itkiyə başa gəlib.