38 –Cİ İSTANBUL BEYNƏLXALQ KİTAB SƏRGİSİNİN AÇILIŞI OLUB

Ölkəmiz sərgidə iki xüsusi stendlə təmsil olunur 38 –ci istanbul beynəlxalq kitab sərgisinin açilişi olub “50-ci illərin ədəbi nəsli” mövzusuna həsr olunan builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb.

Sərgi çərçivəsində 300 ədəbi-bədii tədbirin, 3 minə yaxın imza günün keçirilməsi nəzərdə tutulur. ölkəmiz sərgidə iki xüsusi stendle təmsil olunur. Beynəlxalq salondakı milli stend 4, “Zəngin Yayıncılıq” nəşriyyatı vasitəsilə təşkil olunan “Azərbaycan” stendi isə 9 gün müddətində fəaliyyət göstərəcək. Azərbaycan bölməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və yerli nəşriyyatlar tərəfindən çap olunan ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələri əks etdirən 300 adda, 600 nüsxədən çox nəşr sərgilənir. Eyni zamanda Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində türk dilinə çevrilən 45 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilir.Milli stenddə quraşdırılmış monitorda ölkəmizin tarix-mədəniyyət abidələri, müasir memarlığı, ədəbiyyat xadimləri, xalq yaradıcılığı və musiqisi barədə videoçarxlar nümayiş olunur.Tədbiri ziyarət edən Türkiyənin Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoy Azərbaycan bölməsinə də baxış keçirib. Nazir ölkəmizin sərgidə yüksək səviyyədə iştirakına görə məmnunluğunu bildirib. Milli stenddə nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılacaq, bir qismi isə Türkiyədəki kitabxanalara hədiyyə olunacaq.Sərgi noyabrın 10-dək davam edəcək