31 MART SOYQIRIMINDAN 107 İL ÖTÜR
Baxış sayı: 24
1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümü ilə əlaqədar Qubada soyqırımı qurbanlarının xatirəsi anılıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Xidmətin məsul şəxsləri Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderimizin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Sonra Rayon İcra Hakimiyyətinin başçısı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional, həmçinin digər idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı memorial kompleksi”ni ziyarət edilərək soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Daha sonra Kompleksin muzeyi və muzeydə Əməkdar rəssam Adil Şıxəliyevin 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümünə həsr olunmuş "Mələklərin fəryadı" adlı qobelen sərgisi ilə tanış olublar. Qeyd edək ki, 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın digər bölgələrindən gəlmiş vətəndaşlarımız tərəfindən ziyarəti gün ərzində davam edib.
#Quba #31mart #1918 #Soyqırım #Soyqırımımemorialkompleksi