Avropa İttifaqı “Kopernik” İqlim Dəyişiklikləri İnstitutu və Ümumdünya Meteorologiya Təşkilatı 2023-cü ilin iyulunu planetin tarixində ən isti ay kimi tanıyıb. Belə ki, ay
üzrə orta temperatur 16,95 dərəcə Selsi olub. Bu iyul 1850-ci ilə qədərki dövrdən 1,5 dərəcə isti və 1991-ci ildən 2020-ci ilə qədər olan ay üçün orta temperaturdan 0,7 dərəcə isti keçib. Nəticədə okeanlar əvvəlki 30 illə müqayisədə yarım dərəcə, Şimali Atlantik okeanı isə 1,05 dərəcə istiləşib. Qeyd edək ki, havaların belə isti keçməsi Antarktidadakı buzlaqlara da təsirsiz ötüşməyib. Belə ki, buzlaqların səviyyəsi 15% azalaraq, ərimə həddinə görə rekord vurub.