2020-ci ilin Beynəlxalq Bitki Sağlamlığı İli elan olunmasının başlıca səbəbi bitkilərin qorunması barədə qlobal məlumatlandırma, yoxsulluğun azaldılması, biomüxtəlifliyin və ətraf mühitin qorunması və iqtisadi yüksəliş inkişafına nail olmaqdır.
Bitki samlamlığının qorunmasına dair müxtəlif illərdə ölkəmizin də iştirak etdiyi bir sıra beynəlxalq konfranslar keçirilib.Hazırda Azərbaycanda bitki mühafizəsi istiqamətində vacib addımlar atılmaqdadır.Həyata keçirilən layihələr çərçivəsində müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetində “Bitki mühafizəsi” üzrə ixtisasın tədrisinə və yeni kurrikulumla beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlanmasına başlanıb.Ölkədə karantin əhəmiyyətli zərərvericilərin atlası hazırlanaraq nəşr olunub.Daha bir ilk isə zərərvericilərin inteqrir idarə edilməsi üzrə fermerlərə və mütəxəssislərə təlimlərin verilməsi və inteqrir mübarizə üsullarının tətbiqinə başlanılmasıdır.Bitkilərin sağlamlığı üçün ətraf mühitə və insanlara zərər vermədən aparılan bu mübarizə üsulları sağlam məhsulun əldə edilməsi üçün əhəmiyyətli addımlardır.