2019 CU İLİN “İXRAC İCMALI”NDA XURMA BİRİNCİ YERDƏ QƏRARLAŞIB.

Xurma ixracından 37 milyon dollar əldə edilib.İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin açıqladığı icmala istinadən xəbər verilir ki,

2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor – 19,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (16,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.Qeyd edək ki, 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 208 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon dollar və ya 15% artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (88,4 milyon ABŞ dolları), Türkiyəyə (38,7 milyon ABŞ dolları), Gürcüstana (19,1 milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyon ABŞ dolları) və Ukraynaya (6,6 milyon ABŞ dolları) ixrac edilib.