2019-CU İL NƏSİMİ İLİDİR

Siyəzəndə də İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi xalqımızın ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.

Siyəzəndə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Bu fikirlər İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Siyəzəndə keçirilən tədbirdə qeyd olunub. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova çıxışında vurğulayıb ki,Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri var. Çıxışlarda o da bildirilib ki,Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Qeyd edək ki,Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar keçirilən “İstedadlar sorağında” regional müsabiqədə siyəzənli məktəblilərdən Zəhra ismayılova 1-ci,Nazənin İlyasova isə 2-ci ,əl işi müsabiqəsində Ayşən Novruzova 1-ci, şer müsabiqəsində isə Kənan Abdulov 2-ci yerə layiq görülüb. Tədbir çərçivəsində nümayiş etdirilən ədəbi-bədii səhnəciklər,Nəsimi sözlərinə yazılan mahnılar maraqla qarşılanıb