Siyəzən rayonunda da 1990-cı ilin 19 yanvarından 20-ə keçən gecə şəhid olan qəhrəman vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Bu dəhşətli faciənin acı xatirəsi yanvarın 20-də səhər saatlarında Siyəzən şəhərindəki Şəhidlər Xiyabanında minlərlə rayon sakininin iştirak etdiyi anım mərasimində bir daha yad olunub.30 il əvvəl sovet ordusunun xəbərdarlıq etmədən Bakıya silahlı basqını, dinc, əliyalın insanların gülləbaran edilməsi, hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan xalqının azadlıq istəyinə, azadlıq arzularına qarşı yönələn qəsd idi. Vəhşicəsinə törədilən bu qəsd tariximizin qanla yazılan səhifələrindəndir. Həmin vaxt 147 nəfər mülki şəxs amansızlıqla öldürülüb, 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.Bu dəhşətli faciənin acı xatirəsi yanvarın 20-də səhər saatlarında Siyəzən şəhərindəki Şəhidlər Xiyabanında minlərlə rayon sakininin iştirak etdiyi anım mərasimində bir daha yad olunub. Siyəzən rayon icra Hakimiyyətinin başçısı Novruz Novruzov Şəhidlər Xatirə kompleksi önünə əklil qoyub,rayonun idarə,müəssisə və təşkilat rəhbərləri, şəhid ailəsi üzvləri, əlil və müharibə veteranları, ictimaiyyət nümayəndələri şəhid məzarları üstünə tər qərənfillər düzüblər.Mədəniyyət işçilərinin ifasında qanlı faciəyə, Azərbaycana, Milli Ordumuza həsr edilən ədəbi-bədii kompazisiya nümayiş etdirilib,şeirlər səsləndirilib.