Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı gündür. Qanlı 20 yanvar hadisəsindən düz 30 il keçir. Ölkənin hər yerində insanlar bu günü böyük ehtiram ilə yad edir. Xaçmazda da şəhidlərimizin əziz xatirəsi yad edildi.
Xaçmaz şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb.Anım mərasimində ilk olaraq Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayev Şəhidlər Memorial Kompleksi Abidəsinə gələrək burada uyuyan şəhidlərin məzarlarını ziyarət edib.Daha sonra minlərlə xaçmazlı azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsini əziz tutaraq şəhid abidələrini ziyarət edib,önünə gül dəstələri qoyublar. 20 yanvar şəhidləri Azərbaycan üçün azadlıq qığılcımı , 20 yanvar hadisələri isə müstəqil Azərbaycan Respublikasının təməl addımlarından biri oldu. Azadlıq yolunda canından keçmiş 20 Yanvar şəhidləri arasında Xacmaz rayon Uzunoba kənd sakini Zahid Adbullayevində adı var .Həmin o qanlı hadisələr olmasa idi indi 61 yaşı olacaqdı. 2 oğul və bir qız atası olan 1959-cu il təvəllüdlü Xaçmaz rayon Uzunoba kənd sakini Zahid Abdullayev də tankların, güllələrin qarşısına silahsız çıxan mərd igidlərimizdəndir. 30 il keçməsinə baxmayaraq hələ də dünənimiz kimi o günü xatırlayırıq. 20 yanvar küçələrində təcili yardım maşınlarının tez-tez gəlməsini, itkin düşmüş insanların yaxınlarının ah naləsi.Onu da bildirək ki ,Bu günki gün 20 yanvar şəhidləri ilə yanaşı Azərbaycan bütövlüyü uğrunda şəhid olanların hər biri dərin hüzn hissi yad edildi.İnsan yaşayır və ən son bu dünyaya gözünü əbədi yumur. Və onları tarix öz ağuşuna alıb yaddaşlardan silir. Amma bir sıra insanlar varki, onlar bu dünyadan köçdüklərində belə hər çağın insanları onları yad edib və dərin minnətdarlıq əlaməti olaraq adlarını daim qəlblərdə yaşadırlar. Məhz bu günün qəhrəmanları kimi ,20 yanvar şəhidləri bu gün kiçikdən tutmuş böyüyə qədər hər kəsin qəlbində yaşayır.