Bu gün Azərbaycanda Müstəqilliyin Bərpa edilməsinin 32-ci ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya
Aktını qəbul edib. Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Xalqı Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Azərbaycan Parlamentinin 15 oktyabr 2021-ci ildəki plenar iclasında Müstəqillik Günü haqqında yeni qanun qəbul edilib. Elə həmin gündə Prezident İlham Əliyev tərəfindən Müstəqillik Günü haqqında qanun təsdiqlənib. Bu sənədə əsasən 18 oktyabr Dövlət Müstəqilliyinin adı dəyişdirilərək, Müstəqilliyin Bərpası Günü elan edilib. Bu il ölkəmizdə Müstəqilliyin Bərpası Günü tamam başqa abu-havada qeyd edilir. Hazırda doğma Qarabağımızın hər bir nöqtəsində üçrəngli bayrağımız dalğalanır. Azərbaycan bu gün müstəqil dövlət kimi xarici siyasətini özü müəyyən edir. Dünya dövlətləri Azərbaycanı yeni reallıqlar yaradan ölkə kimi qəbul edərək, enerji və təhlükəsizlik məsələlərində onunla hesablaşırlar.